Bu gün Asiya Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Əl-Quva” (İraq) - “Əl-İttihad” (Səudiyyə Ərəbistanı) oyunu keçirilib.
Apasport.az xəbər verir ki, matç İraqın paytaxtı Bağdaddakı "Əl Şaab" stadionunda oynanılıb. Oyundan öncə Səudiyyə Ərəbistanı təmsilçisi favorit göstərilsə də, qarşılaşmada "Əl-İttihad" rəqibinə sensasiyalı şəkildə uduzub.
“Real”ın sabiq ulduzu Kərim Benzema da meydana çıxanlar arasında olub. Start heyətində yer alan forvard sonadək oynayıb.
Qeyd edək ki, hazırda Asiya Çempionlar Liqasının qrup mərhələsində keçirilən dörd oyundan sonra “Əl-Quva” 7 xalla 2-ci pillədə qərarlaşır. “Əl-İttihad” isə 9 xalla C qrupunun lideridir.