Bernardu Silvadan yekun qərar
24.08.2023 - 01:43
Bernardu Silvadan yekun qərar

Bernardu Silva “Mançester Siti”də qalmağa qərar verib.

Apasport.az saytı xəbər verir ki, o, komanda ilə müqaviləsini bir il uzadıb.

Portuqaliyalı futbolçunun klubla hazırki müqaviləsi 2025-ci ilin yayında bitirdi. Uzun sürən danışıqlardan sonra Bernardu müddətin uzadılmasına razılaşıb. 2017-ci ildən “Mançester Siti”də çıxış edən Silva 15 titul qazanıb. Onunla Ərəbistan klubları ilə yanaşı “Barselona” maraqlanırdı.

Qeyd edək ki, Silva ötən mövsüm komandanın İngiltərə Premyer Liqası, ölkə kuboku və Çempionlar Liqasını qazanmasında böyük pay sahibi olub. 
 

writer photo
Əlirza Əlirzalı
0