Beş aydan sonra toplu məşq
10.04.2023 - 17:45
Beş aydan sonra toplu məşq

Fransa millisinin və “Bavariya”nın futbolçusu Lukas Ernandes toplu məşqlərə başlayıb.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

27 yaşlı müdafiəçi təxminən 5 aydan sonra toplu çalışmaları bərpa edib. Lukas DÇ-2022-nin ilk turunun Avstraliya ilə matçında (4:1) sağ dizindən zədələnib. Sonuncu dəfə noyabrda meydana çıxan fransalı həmin vaxtdan müalicə və bərpa keçirdi.

Qeyd edək ki, Lukas cari mövsüm 11 oyunda 1 qol və 1 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0