“Mançester Yunayted”dən 42 milyonluq təklif
31.07.2022 - 00:40
“Mançester Yunayted”dən 42 milyonluq təklif

“Mançester Yunayted” Sergey Milinkoviç-Saviçn transferi ilə bağlı “Latsio”ya təklif göndərəcək.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 27 yaşlı yarımmüdafiəçi üçün 42 milyon funt sterlinq ödəməyə razıdır.

İtaliya klubunun bu təklifi rədd edəcəyi gözlənilir. Çünki romalılar Sergeyin keçidindən daha çox qazanmağı planlaşdırır. “Latsio” 60 milyon funtluq təklif gözləyir.

Qeyd edək ki, serb futbolçunun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0