"Beşiktaş" futbolçusunu Premyer Liqaya göndərə bilər
06.08.2024 - 19:36
"Beşiktaş"ın növbəti mövsüm üçün heyətində düşünmədiyi Aleks Oksleyd-Çemberleyn İngiltərəyə qayıda bilər.
Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə "Southempton" maraqlanır.
Aleks həm də bu klubun yetirməsidir.
"Beşiktaş" rəhbərliyi onun satılması üçün çox çalışır. Yarımmüafiəçi Premyer Liqaya icarə əsasında da qayıda bilər.
Qeyd edək ki, Oksleyd-Çemberleyn son 4 ildə ən çox forma geyindiyi mövsümü "ağ-qaralar"ın heyətində keçirib.
0
0