Cerard Səudiyyə Ərəbistanında qalır
18.01.2024 - 18:18
Cerard Səudiyyə Ərəbistanında qalır

“Əl-İttifaq” baş məşqçi Stiven Cerrardla müqavilənin müddətini artırır.

Apasport.az xəbər verir ki, 43 yaşlı ingilis daha 3 il Səudiyyə Ərəbistanında işləyəcək.

Klubla veteran futbolçu arasında danışıqların müsbət yekunlaşdığı və bütün detalların  razılaşdırıldığı bildirilir. Cerrard 2023-cü ilin yayından “Əl İttifaq”a rəhbərlik edir. 

Qeyd edək ki, 19 turdan sonra 25 xal toplayan komanda turnir cədvəlinin 8-ci pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0