“Beşiktaş” milli komandanın üzvünü transfer edir
13.12.2023 - 17:28
“Beşiktaş” milli komandanın üzvünü transfer edir

“Beşiktaş” yanvarda heyətini gücləndirmək fikrindədir.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Adana Dəmirspor”dan Yusuf Sarını rənglərinə bağlayıb.

İddialara görə “qara qartal”lar müqaviləni rəsmiləşdirmək üçün yanvar ayını gözləyir. Türkiyə millisinə də çağırılan 25 yaşlı cianh yarımmüdafiəçisinin keçidinə görə “Beşiktaş” Adana təmsilçisinə 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, bu mövsüm 19 matçda iştirak edən Yusuf Sarı 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0