Kolumbiyalı futbolçu Xames Rodrigesin yeni iş yeri açıqlanıb.
Apasport.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, 31 yaşlı oyunçu növbəti mövsümdən “Beşiktaş”ın formasını geyinəcək.
Bildirilir ki, Rodrigeslə İstanbul təmsilçisi arasında ilkin razılıq əldə olunub. O, “Beşiktaş”a azad agent kimi gələcək. Kolumbiyalı futbolçunun hazırda şərəfini qoruduğu “Olimpiakos”la müqaviləsi mövsümün sonunda bitəcək.
Qeyd edək ki, "Real", "Bavariya", "Monako" və "Portu" kimi klubların formasını geyinmiş Xames Rodriges bu mövsüm Yunanıstan təmsilçisinin heyətində 21 oyuna 5 qol vurub və 6 məhsuldar ötürmə edib.