63 illik rekord təkrarlandı
11.10.2022 - 11:13
63 illik rekord təkrarlandı

İtaliya A seriyasının IX turunda “Fiorentina”nın qonağı olan “Latsio” 4:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, romalılar bununla tarixi rekordu təkrarlayıb.

Paytaxt təmsilçisi A seriyasında ardıcıl 3-cü matçda rəqibini eyni hesabla üstələməklə 1959-cu ildəki göstəricini təkrarlayıb. 63 il əvvəl “Fiorentina” ardıcıl üç qarşılaşmada 4 və daha böyük fərqli qələbə qazanıb.

Qeyd edək ki, “Latsio” hazırda 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

writer photo
Əlirza Əlirzalı
0