"Beşiktaş" və "Fənərbaxça"nın keçmiş baş məşqçisi vəfat edib
25.08.2024 - 10:13
Bir müddət Türkiyədə "Beşiktaş", "Fənərbaxça" və "Bursaspor"a da baş məşqçilik etmiş alman mütəxəssis Kristof Daum dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, türk futbolunun ən sevilən xarici məşqçilərindən olan Daum xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Türkiyə mediasında 71 yaşlı futbol adamının ölüm xəbərini "Fənərbaxça"da birlikdə çalışdıqları sabiq futbolçu Ümit Özat verib.
Qeyd edək ki, almaniyalı Türkiyə, Avstriya və Almaniyada liqa çempionluqları yaşayıb.
0
0