"Beşiktaş"da prezident seçkiləri: Ahmet Nur Çebi namizədliyi barədə danışdı
07.11.2023 - 19:36
"Beşiktaş"da prezident seçkiləri: Ahmet Nur Çebi namizədliyi barədə danışdı

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi növbəti seçkilərdə namizəd olmayacaq.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı prezident bu barədə açıqlamasında bildirib.

O, klubun yeni motivasiyaya və yeni enerjiyə ehtiyacının olduğu üçün bu addımı atdığını söyləyib."Beşiktaş"da prezident seçkiləri noyabrın 26-da baş tutacaq.

Qeyd edək ki, Ahmet Nur Çebi 2019-cu ildən bu vəzifədə çalışır.

writer photo
Əlirza Əlirzalı
0