"Beşiktaş"da yeni hədəf
27.01.2024 - 15:27
"Beşiktaş"da yeni hədəf

"Beşiktaş"da transfer işləri davam edir.

Apasport.az xəbər verir ki, “ağ-qaralar”ın yeni hədəfi PSV-nin futbolçusu Andre Ramalyodur.

Hollandiya nəhəngi ilə mövsümün sonunda müqaviləsi bitən Ramalyonun vəziyyəti araşdırılır. "Beşiktaş" 31 yaşlı braziliyalıya alternativ ad kimi baxır.

PSV qışda oyunçunu transfer haqqı qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Andre Ramalyo bu mövsüm PSV-də 31 oyuna çıxıb, 2 qol vurdu.

writer photo
Əlirza Əlirzalı
0