"Beşiktaş"ın futbolçusu "Mançester Yunayted"ə keçməyə yaxındır
08.01.2023 - 02:34
"Beşiktaş"ın futbolçusu "Mançester Yunayted"ə keçməyə yaxındır

“Mançester Yunayted” Niderland millisinin hücumçusu Vaut Vexorstu transfer etməyə yaxındır.

Apasport.az xəbər verir ki, qeyri-adi cərimə zərbəsindən sonra Argentina ilə oyunda qol vurması və Lionel Messi tərəfindən təhqirlərə məruz qalması ilə yadda qalan 30 yaşlı Vexorst "Börnli"nin Premyer Liqadan düşməsindən sonra "Beşiktaş"a icarəyə verilib. Onun "Kasımpaşa" ilə matçdan (2:1) sonra azarkeşlərlə vidalaşdığı bildirilir.

"Mançester Yunayted”in baş məşqçisi Erik ten Hax Vexorstun istedadını yüksək qiymətləndirir. Niderlandlı futbolçunun icarə əsasında “Mançester Yunayted”ə keçməsi gözlənilir ki, bu da demək olar ki, klublar tərəfindən razılaşdırılıb.

Qeyd edək ki, Vaut Vexorst cari mövsüm "Beşiktaş"ın heyətində 17 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0