"Beşiktaş"ın məşqçisindən gözlənilməz addım
20.08.2024 - 19:41
"Beşiktaş" UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Luqano" kollektivi ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, İstanbul klubu UEFA-ya geniş heyətini təqdim edib.
Daniel Amartey və Aleks Oksleyd-Çemberleyn heyətə daxil edilməyib.
Baş məşqçi Covanni van Bronkhorstun Vinsent Abubakarı heyətə daxil etməsi isə maraqla qarşılanıb.
Qeyd edək ki, İstanbul klubu ilk görüşünü səfərdə keçirəcək. "Luqano" - "Beşiktaş" matçı avqustun 22-də Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
0
0