"Beşiktaş"ın transfer gündəmində olan Xames Rodriqeslə bağlı irəliləyiş yaşanıb.
Apasport.az xəbər verir ki, "San Paulo" komandasının baş məşqçisi Tiaqo Karpini kolumbiyalı ulduzla yollarını ayırdıqlarını açıqlayıb.
"Qara qartallar"ın bir müddət transfer gündəmində olan dünyaca məşhur 10 nömrəli Xames Rodriqesin transfer dəyəri baha başa gəldiyi üçün rəhbərlik imtina edəcək həddə çatmışdı.
Lakin ulduz futbolçunun müqaviləsinə xitam verildikdən sonra “Beşiktaş” rəhbərliyinin işinin asanlaşacağı və Rodriqes transferinin qısa zamanda tamamlana biləcəyi iddia edilib. "Beşiktaş" kolumbiyalı futbolçunu Türkiyəyə gətirmək üçün hazırlıqlara başlayıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu “San Paulo”nun heyətində ümumilikdə 14 oyuna çıxıb, 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.