"Betis"in futbolçusu AVRO-2024-ü buraxacaq
21.05.2024 - 12:43
La Liqa təmsilçilərindən "Sevilya Betis"in və İspaniya millisinin futbolçusu İsko əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Bu səbəblə yarımmüdafiəçi 2024-cü il Avropa çempionatında iştirak şansını itirib.
Cari İspaniya çempionatında İsko 29 oyun keçirib. 32 yaşlı yarımmüdafiəçi 8 qol və 5 məhsuldar ötürmə edib. La Liqanın son turu öncəsi “Betis” 56 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
0
0