Biliç İngiltərə klubundan göndərildi
07.03.2023 - 22:20
Biliç İngiltərə klubundan göndərildi

İngiltərənin "Votford" klubu baş məşqçisi Slaven Biliçlə yolları ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buna səbəb Biliçin rəhbərliyi altında son 8 oyunundan yalnız 1-də "Votford"un qələbə qazana bilməsidir.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis ötən ilin sentyabrından "Votford"u çalışdırırdı.

writer photo
Əlirza Əlirzalı
0