"Birminhem" Runini istefaya göndərdi
02.01.2024 - 17:21
İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi işsiz qalıb.
Apasport.az "The Sun"a istinadla xəbər verir ki, 38 yaşlı mütəxəssis "Birminhem"in baş məşqçisi vəzifəsindən qovulub.
Xatırladaq ki, Runi oktyabrda Birminhem komandasının baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında komanda 15 oyun keçirib, 2 qələbə, 9 məğlubiyyət və 4 heç-heçə əldə edib.
Çempionatın 26 turundan sonra "Birminhem" 28 xal toplayıb və turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.
0
0