"Bolonya"nın hücumçusu İngiltərəyə köçür
12.01.2024 - 13:40
"Bolonya"nın hücumçusu İngiltərəyə köçür

“Arsenal” hücum xəttinə yeni futbolçular axtarışındadır.

Apasport.az xəbər verir ki, London klubu "Bolonya"nın hücumçusu Coşua Zirkzeyə elçi düşüb.

İtaliya klubu 22 yaşlı forvard üçün 50 milyon funt sterlinq istəyir. Qarşı tərəflə danışıqları davam etdirən “topçular” qiymətdə razılaşacaqları təqdirdə mövsümün sonunda niderlandlı futbolçu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, bu mövsüm 22 matçda iştirak edən Zirkze 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0