Bono Kriştiano Ronaldonun yanına gedir
01.07.2023 - 01:53
Bono Kriştiano Ronaldonun yanına gedir

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” Yassina Bono ilə maraqlanır.

Apasport.az-ın məlumatına görə, mərakeşli qapıçı üçün “Sevilya”ya 20 milyon avrodan çox təklif olunub.

Qətərdə keçirilən dünya çempionatında inamlı çıxışı ilə yadda qalan qapıçı bir çox Avropa klublarının da diqqət mərkəzindədir. “Sevilya”nın Avropa Liqasının qalibi olmasında böyük rol oynayan Bono ərəblərin təklifə müsbət yanaşır. Əgər danışıqlar müsbət başa çatarsa, o, Kriştino Ronaldo ilə eyni komandada çıxış edəcək.

Qeyd edək ki, “Əl Nəsr”in qapıçısı David Ospina zədələndiyi üçün komanda yüksək səviyyəli qolkiper axtarışındadır.
 

writer photo
Əlirza Əlirzalı
0