Bonuççi A Seriyasına qayıtmaq istəyir
02.01.2024 - 11:49
Bonuççi A Seriyasına qayıtmaq istəyir

"Union Berlin"də çıxış edən mərkəz müdafiəçisi Leonardo Bonuççi İtaliya çempionatına qayıda bilər.

Apasport.az xəbər verir ki, 36 yaşlı oyunçu ilə "Genoa" maraqlanır.

Bonuççi İtaliya millisinin məşqçilər korpusunun gözü qarşısında olmaq üçün vətənə qayıtmaq istəyir.

Qeyd edək ki, Leonardo "Yuventus"dan "Union"a azad agent kimi keçib. Bu mövsüm müdafiəçi 10 oyun keçirib və 1 qol vurub.

 

writer photo
Əlirza Əlirzalı
0