“Barselona” Gündoğanı sata bilər
16.07.2024 - 10:34
“Barselona” Gündoğanı sata bilər

"Barselona" İlkay Gündoğanla yollarına ayırmağa hazırdır.

Sport24.az xəbər verir ki, klubdan almaniyalı futbolçuya bu barədə məlumat verilib. "Barselona" yüksək maaş alan Gündoğanı satmağı planlaşdırıb.

 Kataloniya klubu İlkaya gələcək təklifləri dəyərləndirəcək.

 O, 2023/2024 mövsümündə komandanın heyətində 51 oyunda 5 qol vurub, 14 ötürmə edib. 33 yaşlı futbolçunun 1 illik müqaviləsi var.

Qeyd edək ki, İlkay komandanı tərk edəcəyi təqdirdə Niko Uilyams və ya Dani Olmo ilə müqavilə imzalanacağı gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0