Bonuççi Almaniya klubunda
31.08.2023 - 18:02
Bonuççi Almaniya klubunda

“Yuventus”un futbolçusu Leonardo Bonuççi karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi “Union”a keçəcək.

36 yaşlı futbolçunun keçidi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Bonuççi yeni klubu ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, müdafiəçi fasilə ilə 12 ildir “Yuventus”da forma geyinir. Onun müqaviləsi gələn ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0