Bonuççidən vida qərarı
29.09.2023 - 12:41
Bonuççidən vida qərarı

Leonardo Bonuççinin karyerasını bitirəcəyi vaxt müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu 36 yaşlı müdafiəçinin özü açıqlayıb.

“Union”un şərəfini qoruyan italiyalı bildirib ki, cari mövsüm onun üçün sonuncu olacaq. Bonuççi Almaniya klubunda keçirdiyi mövsümün sonunda karyerasına vida edəcək.

Qeyd edək ki, bu ay “Union”a qoşulan futbolçu yeni klubunda 2 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0