"Borussiya" PSJ-nin hücumçusu ilə maraqlanır
16.05.2024 - 12:14
"Borussiya" PSJ-nin hücumçusu ilə maraqlanır

"Borussiya Dortmund" yay "transfer pəncərəsi"ndə PSJ-nin hücumçusu Randal Kolo-Muanini transfer etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.

Bildirilib ki, alman klubunun rəhbərliyi Sebastyan Aller və Yussouf Mukoko ilə ayrılmaq istəyir.

Cari mövsümdə Kolo-Mouany PSJ-nin heyətində 39 oyun keçirib, o, 9 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı Fransa millisinin oyunçusunu 60 milyon avro olaraq qiymətləndirir. 
 

writer photo
Əlirza Əlirzalı
0