“Borussiya”dan Roys qərarı
27.04.2023 - 18:00
Dortmund “Borussiya”sı futbolçusu Marko Roysu heyətində saxlayacaq.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanacaq.
Onun nümayəndələri Almaniya klubunun rəhbərliyi ilə danışıqları yekunlaşdırmağa yaxındır. Müqavilənin uzadılmasının yaxın müddətdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, cari mövsümdə 26 oyunda 8 qol vuran Roysun anlaşması bu ilin yayında başa çatacaq.
0
0