“Borussiya”nın futbolçusu seçim qarşısında
11.05.2023 - 18:54
“Borussiya”nın futbolçusu seçim qarşısında

Dortmund “Borussiya”sının futbolçusu Mahmud Daud yayda klubunu dəyişəcək.

Apasport.az saytının məlumatına görə, müqaviləsi başa çatacaq yarımmüdafiəçi İngiltərə və İtaliya klublarının maraq dairəsindədir.

27 yaşlı futbolçu azad agent statusu ilə yeni klubuna qoşulacaq. Seçimini mövsümün sonunda edəcək Daud təklifləri nəzərdən keçirir.

Qeyd edək ki, Daud cari mövsüm Bundesliqada 9 oyun keçirib. Onun hesabında 1 assist var.
 

writer photo
Əlirza Əlirzalı
0