"Real Madrid"in yarımmüdafiəçisi Brahim Diaz Mərakeş millisində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu Anqola millisi ilə yoldaşlıq görüşündə Valid Reqraqinin komandasının start heyətində yer alıb.
"Los Blancos" yarımmüdafiəçisi üçün bu, onun Mərakeş rənglərində meydanda debüt görüşü olub.
Xatırladaq ki, Brahim Diaz mart ayında futbol vətəndaşlığını dəyişib: o, İspaniya millisində oynaya bilərdi, lakin Mərakeşi seçib. Diazın İspaniyanın əsas milli komandasında bir oyunu var - 2021-ci ildə Litva ilə yoldaşlıq görüşü (4:0). Həmin oyunda yarımmüdafiəçi 1 qol vurub.