AFFA rəsmisi Konfrans Liqasında
20.11.2023 - 15:19
AFFA rəsmisi Konfrans Liqasında

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

O, Konfrans Liqasının qrup mərhələsi çərçivəsində iş başında olacaq. “Astana” (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi Cəfərov olacaq.

Qeyd edək ki, bu matç noyabrın 30-da Astanada keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0