Brahim Diaz Mərakeş millisini seçdi
11.03.2024 - 17:58
Brahim Diaz Mərakeş millisini seçdi

İspaniyanın Malaqa şəhərində doğulan Brahim Diaz oynayacağı milli komandanı seçib. 

Apasport.az xəbər verir ki, atası mərakeşli, anası ispan olan 24 yaşlı futbolçu Mərakeş millisində çıxış edəcək. 

Diaz 2021-ci il iyunun 8-də İspaniya millisinin Litvaya qarşı keçirdiyi yoldaşlıq oyununda meydana çıxıb.

Lakin sonradan şans tapa bilməyən Diaz Mərakeş millisində oynamağa üstünlük verib.

Qeyd edək ki, İspaniya mətbuatı Diazın Mərakeşi seçməsinin İspaniya üçün böyük itki olduğunu yazıb və İspaniya Futbol Federasiyasını “səriştəsizlik”də ittiham edib.

writer photo
Əlirza Əlirzalı
0