"Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Braqa"nın futbolçusu yerli mətbuata verdiyi müsahibə ilə marağa səbəb olub.
Apasport.az xəbər verir ki, portuqaliyalı oyunçu Joao Moutinyo müsahibəsində Avropa Liqasındakı hədəfləri barədə danışıb.
"Çempionluq uğrunda mübarizədə sözümüzü deyə bilərik. Avropa Liqasında güclü komandalar var. Biz bunu bilirik. Burada təkcə oynamaq istəmirik, həm də nəyə nail olacağımızı göstərmək niyyətindəyik. Futbolda gözlənilməz nəticələr də olur", - deyə o bildirib.
37 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasındakı çıxışları haqqında da məlumat verib: "Bəzi matçlarda yaxşı mübarizə aparsaq da, nəticə alınmadı. Qrupdakı rəqiblərimiz çox təcrübəli idilər. Amma kədərlənmirik, çünki əlimizdən gələni etdik".
Qeyd edək ki, "Qarabağ" və "Braqa" fevralın 15-də və 22-də üz-üzə gələcəklər.