"Brayton"da argentinalı müdafiəçi
20.01.2024 - 18:39
"Brayton"da argentinalı müdafiəçi

“Brayton” heyətə yeni futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, Premyer Liqa klubu “Boka Xuniors” müdafiəçisi Valentin Barkonun transferini rəsmiləşdirib.

Bu barədə komandanın mətbuat xidməti açıqlama yayıb. 19 yaşlı sol cinah müdafiəçisi 2028-ci ilin yayına kimi “Brayton”un şərəfini qoruyacaq.

Qeyd edək ki, “Boka Xuniors”un heyətində 35 matça çıxan Barko 1 qol və 4 məıhsuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0