Braziliyalıların hesabına güclənən Premyer Liqa - RƏQƏMLƏR
31.01.2023 - 12:28
Braziliyalıların hesabına güclənən Premyer Liqa - RƏQƏMLƏR

Dünyanın ən baxımlı çempionatı kimi qəbul edilən İngiltərə Premyer Liqasında qış transfer pəncərəsində ən fəal klubların siyahısı açıqlanıb. 

Apasport.az saytı xəbər verir ki, transferlərə xərclənilən pula görə “Çelsi” ilk pillədədir. 

“Zadəganlar” fasilə dövründə yeni keçidlərə 208 milyon avro xərcləyib. Onlar Avropada pəncərənin son günündə “Benfika”dan Enzo Fernandesi 120 milyon avroya rənglərinə bağlayarlarsa, bu rəqəm 328 milyon avroya çatacaq. 

Siyahıda “Çelsi”ni “Vulverhemton” izləyir. Onlar bu dönəmdə 6 futbolçu ilə güclənərək, 38 milyon avro xərcə düşüblər. 

20 komandanın mübarizə apardığı Premyer Liqada “Fulhem” və “Kristal Pelas” hələlik transferə ehtiyac duymayıb.

İngilis klublarının ən çox gücləndirən isə braziliyalı futbolçular olub. Pəncərənin bağlanmasına saatlar qalmış 4-ü Cənubi Amerika çempionatından olmaqla, 6 “sambaçı” “Dumanlı Albion”a üz tutub. 

writer photo
Əlirza Əlirzalı
0