62 milyona aldı, “qara siyahıya” düşdü
07.07.2023 - 15:41
62 milyona aldı, “qara siyahıya” düşdü

"Çelsi" daha bir müdafiəçisi ilə vidalaşmağa hazırlaşır. 

Apasport.az saytı xəbər verir ki, London klubunun rəhbərliyi müdafiəçi Mark Kukurellanın oyunundan narazıdır.

Premyer Liqa təmsilçisi bir il əvvəl “Brayton”dan 62 milyon funt-sterlinqə transfer etdiyi ispaniyalını satılacaqlar siyahısına daxil edib. 24 yaşlı futbolçunun Madrid “Atletiko”sunun və Səudiyyə ərəbistanı klublarının diqqət mərkəzində olduğu bildirilir. 

Komandadan ayrılmağı düşünmədiyini açıqlayan Mark isə yeni baş məşqçi Mauricio Pochettinonun diqqətini cəlb edəcəyinə inanır. “Zadəganlar”ın yeni mövsümkü heyətində yer almağı hədəfləyən ispan bu məqsədlə də intensiv məşqlərə davam edir.

writer photo
Əlirza Əlirzalı
0