Azərbaycan millisi iki gündən sonra növbəti sınağına çıxacaq.
Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasında 17-ci matçını keçirəcək.
3-cü dəfə təşkil olunan yarışda C liqasında mübarizə aparan komandamız Slovakiyanın qonağı olacaq. Bir dəfə D, iki dəfə C liqasında çıxış edən yığmamız indiyədək Millətlər Liqasında 16 matç keçirib.
Aktivində 4 qələbə olan komanda Trnavada sensasiya etsə, yubiley uğurunu bayram edəcək. Millimizin aktivində 7 heç-heçə və 5 məğlubiyyət də var.
11 qol vuran futbolçularımız 13 top buraxıb.
Qazanılacaq qələbə C liqasındakı ən yaxşı nəticəmizi formalaşdıracaq. Ötən turnirdə 6 xal toplayan komanda bu göstəricini yeniləmək üçün hələ iki oyuna çıxacaq. Düzdür, ilk tsikldə daha çox xal əldə olunub. Amma həmin vaxt milli D liqasında - ən zəiflərin arasında mübarizə aparıb.
2018/19, D liqası |
6 |
2 |
3 |
1 |
7-6 |
9 |
2020/21, C liqası |
6 |
1 |
3 |
2 |
2-4 |
6 |
2021/22, C liqası |
4 |
1 |
1 |
2 |
2-3 |
4 |
Cəmi |
16 |
4 |
7 |
5 |
11-13 |
19 |