Britaniyalı milyarder "Mançester Yunayted"in alınması prosesində
17.01.2023 - 21:48
Britaniyalı milyarder "Mançester Yunayted"in alınması prosesində

Britaniyalı milyarder Cim Ratkliff rəsmi olaraq “Mançester Yunayted”in alınması ilə bağlı danışıqlar prosesinə daxil olub.

Apasport.az xəbər verir ki, Ratkliff öz şirkəti "Ineos" vasitəsilə hazırda klubun sahibi olan Qleyzer ailəsi ilə danışıqlar aparır.

"Ineos" artıq "Nitsa" və "Lozanna"nın sahibidir. “Mançester Yunayted”in alınması 5 milyard funt sterlinqdən çox başa gələ bilər.

Qeyd edək ki, klubun azarkeşləri rəhbərliyin dəyişikliyi tələbi ilə dəfələrlə etiraz aksiyası keçiriblər.

writer photo
Əlirza Əlirzalı
0