Buffon onu heyran edən 4 futbolçunun adını çəkdi
17.07.2022 - 15:41
Buffon onu heyran edən 4 futbolçunun adını çəkdi

“Parma”nın qapıçısı Canluici Buffon karyerası ərzində onu heyran edən futbolçuların adlarını çəkib.

Apasport.az saytının məlumatına görə, əfsanəvi italiyalı, xüsusən də, hücumçuları fərqləndirib.

44 yaşlı qolkiper 4 ön xətt oyunçusu sadalasa da, argentinalı Lionel Messini onlar arasında göstərməyib: “Neymar, Kilian Mbappe, Kriştiano Ronaldo və Zlatan İbrahimoviç məni heyran edib. Yalnız hücumçuların adlarını çəkdim, çünki onlar həmişə göz önündədirlər, qol vururlar”.

Qeyd edək ki, Canluici Buffon ötən mövsüm “Parma”nın heyətində İtaliya B seriyasında 26 oyunda iştirak edib, 27 qol buraxıb.

writer photo
Əlirza Əlirzalı
0