Buksa Danimarkaya getdi
11.07.2024 - 12:00
Buksa Danimarkaya getdi

Ötən mövsüm icarədə olduğu “Antalyaspor”da ümidləri doğruldan Adam Buksanın yeni komandası məlum olub.

Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu “Lens”dən “Mityullənd”ə keçib.

Danimarka təmsilçisi Buksa üçün “Lens”ə 4 milyon avro ödəyəcək. Müqavilənin 4 il müddətində qüvvədə olması nəzərdə tutulub.

Qeyd edək ki, polşalı futbolçu geridə qoyduğumuz mövsüm Türkiyə Superliqasında 33 oyunda 16 qol, 2 qol ötürməsi ilə yadda qalıb. 


  
 

writer photo
Əlirza Əlirzalı
0