İtaliyada çempion bəlli olub
23.04.2024 - 01:21
Futbol üzrə İtaliya A seriyasının 33-cü turuna yekun vurulub.
Apasportun xəbərinə görə, turun son matçında "Derby della Madoninna" baş tutub. "Milan" əzəli rəqibi “İnter”i qəbul edib.
Nominal qonaqlar 2:1 hesablı qələbə qazanıb.
“Milan” - “İnter” - 1:2
Qollar: Françesko Açerbi, 18 (0:1), Markus Türam, 49 (0:2), Fikayo Tomori, 80 (1:2)
Beləliklə, xallarının sayını 86-ya çatdıran “İnter” çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu, "İnter"in tarixində 20-ci liqa çempionluğu olub.
0
0