Bundesliqa klubundan 12 milyonluq transfer
17.06.2022 - 18:00
Bundesliqa klubundan 12 milyonluq transfer

Almaniyanın “Leypsiq” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Leypsiqlilər Ksavyer Şlaqeri transfer edib. Yarımmüdafiəçi “Volfsburq”dan keçib. Avstriyalı ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Bu transfer 12 milyon avroya gerçəkləşib.

Qeyd edək ki, Şlaqer 2019-cu ildə “Zalsburq”dan “Volfsburq”a keçib.
 

writer photo
Əlirza Əlirzalı
0