Bundesliqada ilk qadın məşqçi
16.11.2023 - 19:16
“Union”un yeni məşqçisi Mari-Luiza Eta Bundesliqa tarixinə düşüb.
Apasport.az xəbər verir ki, baş məşqçi postuna yeni təyin olunan Marko Qrotenin köməkçisi Bundesliqada ilk qadın çalışdırıcıdır.
Qrote bu postda Urs Fişeri əvəzləyib. Baş məşqçi vəzifəsini icra edən mütəxəssis 32 yaşlı xanım köməkçisini də əsas komandaya gətirib. Onlar Berlin klubunun gənclər komandasında da birlikdə çalışıblar.
Qeyd edək ki, Eta futbolçu kimi “Turbine”nin heyətində Çempionlar Liqasının və üç dəfə Bundesliqanın qalibi olub.
0
0