Bundesliqaya qayıdır?
05.07.2022 - 23:34
Bundesliqaya qayıdır?

“Napoli”nin hücumçusu Viktor Osimxen karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Robert Levandovskinin mümkün gedişini nəzərə alan “Bavariya” bu boşluğu 2021/22 mövsümündə A seriyasının bombardiri olan 24 yaşlı forvardla doldurmağı planlaşdırır.

Klublar arasında artıq ilk danışıq baş tutub. Napol təmsilçisinin prezidenti Aurelio De Laurentis Nigeriya millisinin üzvünə 110 milyon avro qiymət qoyub. Almanların bu məbləği ödəməyə razı olması gözlənilir.

Qeyd edək ki, Osimxen daha əvvəl “Volfsburq”un heyətində Almaniya çempionatında çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0