Burak Yılmaz: “Onun doğru danışdığına inanmıram”
14.11.2023 - 14:00
Burak Yılmaz: “Onun doğru danışdığına inanmıram”

“Abubakar 4 ay sonra alacağı pulu klubdan tələb edirdi”.

Apasport.az xəbər verir ki, bunu “Beşktaş”ın sabiq baş məşqçisi Burak Yılmaz deyib.

Mövsümün gedişində baş məşqçi Şenol günəşin istefasından sonra komandaya rəhbərlik etmiş gənc mütəxəssis əsas qol silahlarından olan Vinsent Abubakardan şübhələndiyini gizlətməyib. 38 yaşlı mütəxəssis kamerunlu hücumçunun zədəli olmadığı halda yalan danışdığını iddia edib: “Rəhbərliyin mənfi cavab verdiyini öyrəndikdən sonra yanıma gələrək ağrıları olduğunu və matça çıxmaq istəmədiyini dedi. Ancaq maraqlıdır ki, o ana kimi Vinsent zədəli olduğuna dair heç nə deməmişdi. Bu gün də onun doğru danışdığına inanmıram”.

Qeyd edək ki, mövsümün əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan Türkiyə təmsilçisinə keçən Abubakar 18 matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0