Afrika Millətlər Kubokunun Uqanda – Ruanda matçından illər ötsə də bu görüş tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, arenaya toplaşan 50 min tamaşaçı görünməmiş hadisəyə şahidlik edib.
Qonaqların qapıçısı Muhammad Mossi vacib görüşdə qol buraxmamaq üçün caduya əl atıb. O, hakimin start fiti ərəfəsində tonqal qalayıb. Onun düşüncəsinə əsasən bu alov şər qüvvələri onun qapısından uzaq etməli idi.
Lakin külək alovu yanğına çevirib. Yalnız yangınsöndürənlərin səyi ilə tribunaların alışmasının qarşısı alınıb. Görüş isə bu hadisədən sonra davam edib.
Maraqlıdır ki, Mossi bu matçda qol buraxmayıb. Onun komandası bu qarşılaşmada qalib gəlib – 1:0.
Qeyd edək ki, Mossi 2003-04-cü illlərdə Ruanda yığmasında 4 oyun keçirib.