Çağlar Söyüncü "Fənərbaxça"da - Rəsmi
27.01.2024 - 01:44
Çağlar Söyüncü "Fənərbaxça"da - Rəsmi

Türkiyə Superliqa təmsilçilərindən "Fənərbaxça" Çağlar Söyüncü transferini rəsmən açıqladı.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə "Fənərbaxça"nın İspaniya "Atletiko"sundan heyətinə qatdığı Söyüncü klubla transfer danışıqlarını tamamlamaq üçün sabah İstanbulda olacaq.

Türkiyəli müdafiəçini aparan təyyarə saat 03:30-da Atatürk aeroportuna enəcək və futbolçu sabah tibbi baxışdan keçəcək. 

writer photo
Əlirza Əlirzalı
0