“Fənərbaxça” iki futbolçunun keçidini bitirmək üzrədir.
Apasport.az xəbər verir ki, Çağlar Söyüncü və Rade Krunyiç yanvarda İstanbul təmsilçisinin heyətinə qoşulacaq.
Türkiyə millisinin də şərəfini qoruyan 27 yaşlı Çağlar yeni transfer olunduğu Madrid “Atletiko”sunda xoşbəxt deyil. Bu mövsüm sadəcə 5 matçda meydana çıxan mərkəz müdafiəçisi icarə əsasında “sarı-bülbüllər”in formasını geyinəcək.
“Fənərbaxça”nın yay transfer pəncərəsində maraqlandığı futbolçulardan olan bosniyalı Krunyiç də eyni problemi yaşayır. “Milan” forması ilə oyunlarda az-az iştirak etməkdən şikayətçi olan 30 yaşlı yarımmüdafiəçi Türkiyəyə gəlməyin əleyhinə deyil. Bu mövsüm 14 oyunda 896 dəqiqə meydanda qalan Rade Krunyiç qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.