Can Uzun Bundesliqa klublarının radarında 
02.04.2024 - 14:03
Can Uzun Bundesliqa klublarının radarında 

Bundesliqa 2-də mübarizə aparan “Nürnberq” komandasında çıxış edən Can Uzun göstərdiyi performansla digər Almaniya klublarının diqqətini cəlb edib. 

Apasport.az xəbər verir ki, milli komanda üçün Türkiyəni seçən 18 yaşlı futbolçu artıq 2 Bundesliqa komandasının radarındadır.

Futbolçu ilə "Borussiya Dortmund" və "Ayntraxt Frankfurt" klubları maraqlanır. 

Bundan əvvəl mətbuatda türkiyəli futbolçunun “Ayntraxt Frankfurt”da sağlamlıq yoxlamasından keçdiyi iddia edilmişdi. 

Qeyd edək ki, Can Uzun bu mövsüm "Nürnberq"in heyətində 26 oyun keçirib, 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0