Can Uzunun yeni ünvanı məlum olub
12.03.2024 - 14:36
Can Uzunun yeni ünvanı məlum olub

Adı transfer söz-söhbətlərində hallanan Can Uzunun yeni ünvanı məlum olub.

Apasport.az "Bild"ə istinadla xəbər verir ki, 18 yaşlı futbolçu yaxın günlərdə “Ayntraxt Frankfurt”da sağlamlıq yoxlamasından keçib. 

Futbolçunun transfer qiyməti təxminən 10 milyon avrodur. Gənc futbolçu yeni mövsümdə “Ayntraxt”da çıxış edəcək.

Bundan öncə isə futbolçu milli komanda üçün Türkiyəni seçdiyini açıqlamışdı.

Qeyd edək ki, Bundesliqa-2 komandası olan "Nürnberq"də çıxış edən türkiyəli 22 matçda 13 qol vurub, 1 məhsuldar ötürmə edib.

 

 

writer photo
Əlirza Əlirzalı
0