Canni İnfantinonun yeni planı
20.12.2022 - 15:15
Canni İnfantinonun yeni planı

FİFA prezidenti Canni İnfantinonun dünya çempionatları ilə bağlı yeni planı bəlli olub.

Apasport.az saytının məlumatına görə, futbol funksioneri mundialların 3 ildən bir təşkil edilməsini istəyir.

O, dünya çempionatı, klublararası dünya çempionatı və qitə birinciliklərinin ardıcıl illərdə keçirilməsini planlaşdırır. Futbol təqvimindəki bu mümkün yeniliklər DÇ-2030-dan sonra üçün nəzərdə tutulub. Çünki artıq 2024-30-cu illərin təqvimi demək olar razılaşdırılıb.

Qeyd edək ki, bir müddət əvvəl dünya çempionatlarının iki ildə bir dəfə təşkili də müzakirə olunurdu.
 

writer photo
Əlirza Əlirzalı
0