Çeferin yenidən UEFA prezidenti seçildi
05.04.2023 - 14:29
Çeferin yenidən UEFA prezidenti seçildi

Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.

Apasport.az saytının məlumatına görə, bu, UEFA-nın Konqresində gerçəkləşib.

Qurumun 7-ci prezidenti yeganə namizəd olduğu səsvermədə bu posta seçilib. 55 yaşlı sloveniyalı 2027-ci ilədək UEFA-ya rəhbərlik edəcək.

Qeyd edək ki, 3-cü dəfə qurumun prezidenti seçilən Çeferin 2016-cı ildən bu postu tutur.
 

writer photo
Əlirza Əlirzalı
0